...

Dövlət sektorunda optimallaşma işsizliklə nəticələnməməlidir - Sahil Babayev

Gündəm Materials 2 İyun 2023 13:57 (UTC +04:00)
Dövlət sektorunda optimallaşma işsizliklə nəticələnməməlidir - Sahil Babayev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət sektorunda optimallaşma daim olaraq aparılmalıdır. Bu gün də aparılır.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, bu, həmin şəxslərin işsiz qalması isə nəticələnməli deyil.

S.Babayev əlavə edib ki, işsizliyin tam həlli uzun prosesdir. “İxtisaslı işçi qüvvəsinin yetişdirilməsi önəmli çağırışlardan biridir. Eyni zamanda dövlət sektorunu limitsiz artıraraq böyük bir yükü növbəti dövrlərə daşımağımız onunla nəticələnəcək ki, dövlət sektorunda verdiyimiz layiqli əməkhaqqı getdikcə çətinləşəcək”, - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti