...

Baş Prokurorluda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb

Gündəm Materials 24 İyun 2023 15:13 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron, Samux, Qusar və Bərdə rayonları ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Araşdırmalar zamanı Bakı şəhəri Sabunçu rayonunun Xəstəxanayanı küçəsi, Xətai rayonunun Zeytun küçəsi, Sumqayıt şəhərinin 13-cü mikrorayonu, Xırdalan şəhərinin 28-ci məhəlləsi, Samux rayonunun Sərkar və Qarağaclı kəndləri, Qusar rayonunun Yasab kəndi, Bərdə rayonunun Lənbəran və Xanərəb kəndləri ərazisində meşə fonduna daxil olmayan, habelə ETSN yanında Meşələrin İnkişafı Xidmətinin Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin Bərdə Meşənbəyliyinin 1 saylı dolayının 16 nömrəli kvartalında meşə fonduna daxil olan, ümumilikdə 2254 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 76 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.4 və 259.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Xəbər lenti

Xəbər lenti