...

Qarabağda separatçılar azğınlaşır - Ermənilərə bu dəfə təxribat əmrini kim verdi?

Gündəm Materials 28 İyun 2023 14:39 (UTC +04:00)
Qarabağda separatçılar azğınlaşır - Ermənilərə bu dəfə təxribat əmrini kim verdi?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dünən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.

Baş vermiş hadisə Vaşinqton görüşü ərəfəsində Qarabağdakı qanunsuz hərbi birləşmələr tərəfindən məqsədyönlü şəkldə törədilmiş təxribatdır və məqsəd sülh müqaviləsi istiqamətində ABŞ-dın dəstəyi ilə aparılan danışıqlara kölgə salmaq və neqativ abu-havanın yaratmaqdır

Azərbaycan əsgərinin yaralanmasına cavab gecikməyib. “Qisas” əməliyyatı nəticəsində ilkin məlumata görə, qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edilib. Bəzi məlumatlara görə, qanunsz hərbi birləşmələr tərəfindən yeni təxribatlara hazıqlıqlar gedir və belə olarsa, sərt və adekvat cavab olacaq, qanunsuz birləşmələrin hərbi infrastrukturu məhv ediləcək.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən hərbi ekspert, polkovnik Alparslan İmamqulu bildirib ki, Ermənistanın şərti sərhədlərimizdə törətdiyi təxribat Rusiyanın fəaliyyəti olaraq qiymətləndirilməlidir.

O bildirib ki, Cənubi Qafqazdan çəkilmək istəməyən Rusiya mövcud vəziyyətdə Ermənistanın bir sıra dairələrinə və ordusuna nüfuz etməkdədir.

"Rusiya istədiyi vaxt istədiyi istiqamətdə diqtə edərək bu cür əməllər törətməklə bölgənin sülh şansını aradan qaldırmaq və daima qarşıdurma yaradaraq Rusiyalı sülhməramlılara ehtiyac olması zərurətinini yaratmaqdadır. Başqa bir hal ondan ibarətdir ki, Paşinyan qərb dairələri ilə nə qədər əlaqədə olsa da müxtəlif dövrlərdə Azərbaycanın ərazi bütövlüyünü ifadə etsə də bu cür halların baş verməsi ölkəmiz üçün bir seçim buraxır. Bu da Azərbaycanən irimiqyaslı antiterror əməliyyatlarının keçirilməsdir. Belə əməliyyatlar həm Qarabağda həm də, şərti sərhədlərimizdə keçirilə bilər."

A. İmamqulu mövcud vəziyyət onu göstərir ki, müstəqilliyimiz risk altındadır.

"İşğaldan azad edilən ərazilərimizə investorların cəlb olunması, insanlarımızın "Böyük Qayıdış" çərçivəsində öz torpaqlarına qayıtmasının təmin olunması üçün tam təhlükəsizlik bərpa olunmalıdır", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti