...

Bizə bu vəziyyətdə çevik reaksiya verə biləcək kadrlar lazımdır - Emin Hüseynov

Gündəm Materials 1 İyul 2023 11:03 (UTC +04:00)
Bizə bu vəziyyətdə çevik reaksiya verə biləcək kadrlar lazımdır - Emin Hüseynov

Bakı. Trend:

Bu gün daşın daş üstündə qoyulmadığı işğaldan azad edilmiş ərazilərimizdə sürətli bərpa-quruculuq işləri aparılır.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, Qarabağa bu gün həyat yenidən qayıdır.

"Şəhər və kəndlər yenidən bərpa olunur. Orada aparılan yenidənqurma prosesləri heç bir ali təhsil müəssisəsində tədris olunmur. Bu prosesi həyata keçirmək üçün hər hansısa qayda, təlimat mövcud deyil. Qeyri-standart situasiyadır. XXI əsrdə qeyri-standart situasiyalar çoxdur. Bizə bu vəziyyətdə çevik reaksiya verə biləcək kadrlar lazımdır. Ümid edirəm ki, aralarınızdan belə kadrlar çıxacaq".

Yüksəliş müsabiqəsinin əhəmiyyətinə toxunan Emin Hüseynov qeyd edib ki, bəziləri üçün bu müsabiqə əmək bazarının nəbzini tutmaq imkanıdır.

"Artıq yaxşı nəticələr var. Müsabiqənin qalibləri ən seçilmişlərdir. Təcrübə göstərir ki, ildən-ilə iştirakçıların sayı və keyfiyyəti artır", - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti