...

Azad olunmuş ərazilərdə başlanan 10 avtomobil yolu layihəsindən 4-ü artıq tamamlanıb - Emin Hüseynov

Gündəm Materials 13 İyul 2023 14:58 (UTC +04:00)
Azad olunmuş ərazilərdə başlanan 10 avtomobil yolu layihəsindən 4-ü artıq tamamlanıb - Emin Hüseynov
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Böyük qayıdışın təmin edilməsi üçün ərazilərin minalardan təmizlənməsi ilə parallel olaraq, ilkin mərhələdə baza və sosial infrastrukturun qurulması prioritet məsələdir və bu istiqamətdə işlər sürətlə davam edir.

Trend-in Qarabağ bürosu xəbər verir ki, bunu Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərindəki Konfrans Mərkəzində “Ağdamın dirçəlişi” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə cəmi uzunluğu 513,1 km olan 10 avtomobil yolu layihəsinə başlanılmışdır ki, bunlardan da 4-ü artıq tamamlanıb.

"Əlavə olaraq, cəmi uzunluğu 157,5 km olan 2 dəmir yolu layihəsi də həyata keçirilir. Və təbii ki, böyük fəxr hiss ilə qeyd etmək istərdim ki, Füzuli şəhərində 8 ay kimi qısa müddətdə, minalar ilə hədsiz çirklənmiş ərazidə belə gözəl bir hava limanı inşa olunmuşdur", - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti