...

ABŞ Ukraynaya 200 milyon dollarlıq hərbi yardım paketi elan edəcək

Gündəm Materials 8 Avqust 2023 02:33 (UTC +04:00)

Bakı. Trend:

ABŞ administrasiyası avqustun 8-də Ukraynaya 200 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlamağa hazırlaşır.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.

Məlumata əsasən, paketə digərləri ilə yanaşı, "AT-4", "TOW" və "Javelin" tank əleyhinə raket kompleksləri, minaaxtaran avadanlıqlar, "Patriot" zenit-raket kompleksləri üçün döyüş sursatları, "GMLRS" idarə olunan raketləri, digər döyüş sursatları, həmçinin atıcı silahlar daxil olacaq.

Qeyd olunub ki, bundan əvvəl Vaşinqtonda etiraf ediblər ki, səhvə görə Kiyevə təhvil verilən silahların bir hissəsinin dəyərini səhv müəyyən ediblər. Onların məbləği təxminən 6,2 milyard dollar artıq hesablanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti