...

Telefonda fərdi məlumatları qorumaq üçün nə etmək olar?

Gündəm Materials 1 Sentyabr 2023 15:12 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Telefonlarda olan fərdi məlumatları qoruma yolları açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Aşağıdakılara əməl edərək, telefonlarınızdakı məlumatları qoruya bilərsiniz:

1) Brauzer tarixçəsini mütəmadi silin;

2) Tətbiq icazələrini gözdən keçirin və lazım olmayan tətbiqlərin məkan icazəsini bağlayın;

3) Müəyyən müddət aralığında telefonunuzu təmizləyin;

4) Uzun müddət istifadə etmədiyiniz tətbiqləri telefonunuzdan silin;

5) Fərdi məlumatlara kənar müdaxilənin qarşısını almaq üçün təhlükəsizlik parametrlərindən istifadə edin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti