Bakı. Trend:
2 il ərzində xaricdən minatəmizləmə maşınları alrdıq və çox
sevindirici haldır ki, bu gün bu maşınlar artıq Azərbaycanda
istehsal edilir.
Trend-in məlumatına görə, bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov Azərbaycanda istehsal edilən minatəmizləmə maşınının təqdim edilməsi zaman deyib.
O qeyd edib ki, torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra minatəmizləmə işlərinə başlanıldı.
"Bu gün ərazilərin minalardan təmizlənməsi prosesi sürətlə davam edir", - deyə o, əlavə edib.
Qeyd edək ki, sahibkarlar tərəfindən Qarabağ Dirçəliş Fonduna “İmprotex” Şirkətlər Qrupunun istehsalı olan “Revival P” minatəmizləmə maşını ianə olunub.