...

Fərdi məlumatların işlənməsinin əsas prinsipləri hansılardır?

Gündəm Materials 18 Sentyabr 2023 15:46 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Fərdi məlumatları toplayan və işləyən tərəflər bu məlumatların əsas prinsiplərinə əməl etməlidirlər. Əks halda qanunvericiliklə müəyyən edilmiş tələbləri pozmuş olurlar.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, həmin prinsiplər bunlardır:

1) Fərdi məlumatlar qanuni, ədalətli və şəffaf şəkildə işlənilməlidir;

2) Fərdi məlumatlar yalnız öncədən müəyyən edilmiş məqsəd üçün işlənilməlidir;

3) Məqsədə nail olmaq üçün yalnız zəruri məlumatlardan istifadə olunmalıdır;

4) Fərdi məlumatlar dəqiq və tam olmalıdır;

5) Fərdi məlumatlar saxlanılma zərurəti aradan qalxdıqdan sonra məhv edilməlidir;

6) Fərdi məlumatları işləyən tərəflər onların mühafizəsini təmin etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti