...

Ermənistanın Azərbaycana qarşı törətdiyi mina terroru hələ də davam etməkdədir - Sədr

Gündəm Materials 20 Sentyabr 2023 11:37 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Vətən müharibəsindən üç il keçməsinə baxmayaraq, Ermənistanın Azərbaycana qarşı törətdiyi mina terroru hələ də davam etməkdədir.

Bunu Trend-ə açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

"Azərbaycan, Rusiya, Ermənistan arasında imzalanan sazişdən sonra apardığımız monitorinqlər nəticəsində məlum olub ki, minadan ən çox zərər çəkənlər qrupuna daxil olanlardan biri də azad edilən ərazilərimizdə infrastruktur layihələrində çalışanlardır.

Azad edilmiş torpaqlarda çalışan insanlar və ora köçənlər mina məsələsində çox ehtiyatlı olmalıdırlar. Biz bununla bağlı maarifləndirici tədbirlər aparırırq. Maarifləndirmə tədbirlərinə ciddi əməl etmək lazımdır, verilən tapşırıqlardan kənara çıxmaq lazım deyil. Bizim yeganə çıxış yolumuz maariflənməkdir", - o qeyd edib.

H.Səfixanov bildirib ki, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn normalarına zidd olaraq Azərbaycan ərazilərində basdırılan minalar insanların həlak olmasına, sağlamlığını itirməsinə və ya əlil qalmasına səbəb olur və Qarabağa köçü ləngidir.

"Düşmən regionda ədalətli sülhün və təhlükəsizliyin təmin olunmasına ciddi təhdiddir. Düşmən çox hiyləgərdir. Onlar müxtəlif sürpriz minalar hazırlayırlar. Buna misal olaraq oyuncağın içində, itə bağlanmış partlayıcıları göstərmək olar. Bu, Ermənistanın terrorunun əyani göstəricisidir. Beynəlxalq təşkilatlar da Ermənistanın mina terroruna qarşı sərt tələb irəli sürməyiblər. Ancaq bizim təşkilatın göndərdiyi məlumatlar beynəlxalq təşkilatların hesabatında yer alır. Minalar Azərbaycan üçün böyük problemdir və biz bu problemi öz gücümüz hesabına həll etməyə çalışırıq", - deyə o qeyd edib.

Qeyd edək ki, 10 noyabr 2020 – 19 sentyabr 2023 tarixləri aralığında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində ümumilikdə 314 nəfər mina terrorunun qurbanı olub. Onlardan 61 nəfəri (mülki – 48, hərbçi – 13) həlak olub, 253 nəfər (mülki – 101, hərbçi – 152) isə xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti