...

“Meta”dan “Facebook” və “Instagram” üçün yeni funksiya

Gündəm Materials 27 Sentyabr 2023 12:46 (UTC +04:00)
“Meta”dan “Facebook” və “Instagram” üçün yeni funksiya
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"Meta" 30 fərqli şəxsiyyətə malik süni intellektli çatbotları təqdim edəcək.

Trend-in məlumatına görə, "Facebook" və "Instagram "da istifadəyə verilməsi planlaşdırılan süni intellektin "Meta" tərəfindən bu həftə açıqlanması gözlənilir.

Onlar arasında "üstün zəka, kəskin zəka və sarkazma malik "Robot Bob" adlı bot da var.

Qeyd edək ki, "Meta Platforms", "Inc"., (ticarət adı "Meta"; əvvəllər "Facebook, Inc".), Menlo Parkda, Kaliforniyada yerləşən Amerika çoxmillətli texnoloji konqlomerat holdinq şirkətidir. Şirkətin məhsullarına "Facebook", "Facebook Messenger", "WhatsApp", "Instagram", "Facebook Watch", "Facebook Portal", "Oculus", "Giphy", "Mapillary" və digərləri daxildir.

2021-ci ilin oktyabrında media orqanları "Facebook"-un ana şirkətinin "Metaverse-ün qurulmasına diqqətini əks etdirmək" üçün adını dəyişməyi planlaşdırdığını bildirib. Həmin ayın sonunda – oktyabrın 28-də "Meta" olaraq rebrendinq edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti