...

Bərdədə 42 yaşlı kişini avtomobil vurub (VİDEO)

Gündəm Materials 6 Oktyabr 2023 16:22 (UTC +04:00)
Bərdədə 42 yaşlı kişini avtomobil vurub (VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdədə 42 yaşlı kişini avtomobil vurub.

Trend-in yerli bürosu xəbər verir ki, Bərdə rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza şəhərin Bakı küçəsində qeydə alınıb.

Bərdə rayonun Mirzalıbəyli kənd sakini 1982- ci il təvəllüdlü Zaur Rasim oğlu Abdullayevin idarə etdiyi "BMW" markalı avtomobil yolu keçmək istəyən Bərdə rayon sakini 1981- ci il təvəllüdlü Nadirov Nadir Asif oğlu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti