...

Yanğınsöndürənlər tapdıqları bir qutu qızılı sahibinə verdilər

Gündəm Materials 13 Noyabr 2023 12:51 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Yanğınsöndürənlər yanğın zamanı tapdıqları bir qutu qızılı sahibinə veriblər.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

"Gədəbəy rayonunun Parakənd kənd sakini Qismət Cabbarlıya məxsus evdə yanğın baş verməsi ilə bağlı əraziyə cəlb olunan yanğınsöndürənlər əməliyyat zamanı otaqların birində qızıl-zinət əşyaları dolu bir qutu tapıblar. Qutunu tapan yanğınsöndürənlər zinət əşyalarını sahibinə təhvil veriblər.
Qeyd edək ki, yanğın baş vermiş ev yanğınsöndürənlər tərəfindən söndürülüb", - deyə məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti