Bakı. Trend:
Xaçmaz rayonunda abadlıq-quruculuq işləri və infrastruktur layihələrin icrası uğurla davam etdirilir. Tədbirlər planına uyğun olaraq rayon mərkəzində daxili yollar təmir olunur, binaların dam örtüyü dəyişdirilir, abad məhəllələr salınır.
Hazırda Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsi 62, 62a və 64
saylı binaların həyətində abad məhəllənin salınması istiqamətində
iş aparılır.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün sözügedən
ünvanda söhbətgah və oturacaqlar qoyulacaq, müxtəlif növ uşaq oyun
elementləri, idman qurğuları quraşdırılacaq, yeni yaşıllıqlar
salınacaq.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev aparılan abadlıq-quruculuq işləri çərçivəsində həyata keçirilən tədbirlərin icra vəziyyəti ilə tanış olub. İşlərin vaxtında və kefiyyətlə yerinə yetirilməsi üçün müvafiq tapşırıqlarını verib. Sakinlərlə səmimi söhbət edən icra başçısı onların müraciət və təkliflərini dinləyib.
Sakinlər görülən işləri yüksək qiymətləndirib, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.