...

Sevinc göz yaşları ilə kəndimizin ətrini alacağam - Zabux sakini

Gündəm Materials 16 Noyabr 2023 08:02 (UTC +04:00)
Sevinc göz yaşları ilə kəndimizin ətrini alacağam - Zabux sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Geri dönüşdə sevinc göz yaşları ilə kəndimizin ətrini alacağam.

Bunu Trend-ə açıqlamasında Laçın rayonunun Zabux kənd sakini Qəribə Abbasova deyib.

Onun sözlərinə görə, 32 il öncə Zabux kəndini tərk edib.

"İndi sevinərək, həyəcanla doğma yurdum Zabuxa dönürəm. Allah Prezidentimizə can-sağlığı versin. Onun iradəsi, şəhidlərimizin canı-qanı sayəsində torpaqlarımız azad olunub. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Laçın rayonu Zabux kəndinə dah 25 ailə (94 nəfər) yola salınıb. Bakı və Abşeron rayonundan 20 ailə (71 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən, Tərtər, Bərdə, Qax və Lənkəran rayonlarında məskunlaşmış 5 ailə (23 nəfər) Zabux rayonuna yola salınıb. Beləliklə bugünkü (16.11.2023) köç də nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndinə 46 ailə (188 nəfər) köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti