...

Afrika İttifaqı qadın hüquqları mövzusunda fəal çalışır

Gündəm Materials 20 Noyabr 2023 18:22 (UTC +04:00)
Afrika İttifaqı qadın hüquqları mövzusunda fəal çalışır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Afrika İttifaqı qadın hüquqları mövzusunda fəal çalışır.

Trend xəbər verir ki, bunu Afrika Birliyi Komissiyası nümayəndəsi Josephine Charlotte Mayuma Kala Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Biz münaqişələrin həlli istiqamətində işlər görürük. Bizə görə bu mövzu çox vacibdir. Afrika İttifaqı çərçivəsində gender bərabərliyi qorunur. İttifaqımıza kişi sədrlik edir. Lakin belə bir məcburiyyət vardı ki, onun müavini qadın olsun. İttifaq müxtəlif konvensiyalar və sənədlər düzəldib və digər ölkələr bundan yararlana bilər. Bu sənədlər çərçivəsində qadın hüquqları çox vacibdir.

Artıq biz uzun müddətdir ki, qadın hüquqları üzrə mübarizəmizi gücləndirmişik. Biz qitəni narahat edən digər məsələlər üzrə də fəaliyyətimizi gücləndirdik",- deyə o bildirib.

Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.

Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti