...

İrəvan Azərbaycan-Ermənistan delimitasiya komissiyasının reqlamentini təsdiqlədi

Gündəm Materials 14 Dekabr 2023 12:45 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İrəvan Azərbaycan-Ermənistan delimitasiya komissiyasının fəaliyyətinin reqlamentini təsdiqləyib.

Trend-in erməni KİV-ə istinadən xəbərinə görə, bu barədə Ermənistanın baş nazir müavini Mqer Qriqoryan məlumat verib.

Qriqoryan, həmçinin, 2-ci sənədin hazırlanmalı olduğunu və delimitasiyanın hansı prinsip və xəritələr əsasında həyata keçiriləcəyinin bu sənəddə göstəriləcəyini bildirib.

Xatırladaq ki, noyabrın 30-da Qazax-İcəvan sərhədində Azərbaycan-Ermənistan delimitasiya komissiyasının görüşü keçirilib. Görüşdə Azərbaycanın və Ermənistanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan iki ölkə sərhədlərinin delimitasiyasını müzakirə ediblər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti