...

Bakıda müəllimlərin orta aylıq əməkhaqqı artıb

Gündəm Materials 20 Dekabr 2023 10:27 (UTC +04:00)
Bakıda müəllimlərin orta aylıq əməkhaqqı artıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda müəllimlərin orta aylıq əmək haqqı 976 manat təşkil edib.

Trend xəbər verir ki, 2023-cü ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 976 manat təşkil edib.

BŞTİ-nin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əmək haqqı isə 612 manat təşkil edib.

Qeyd edək ki, ötən gün elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, ümumilikdə 32 min müəllimin əməkhaqqına əlavələr edilib.

"24 min müəllim əməkhaqqına 10 faiz, 8 min müəllimə isə 35 faiz əlavə alır. Hər 3 müəllimdən biri 2023-cü ildəki sertifikatlaşdırmadan sonra 1000 manat və daha çox əməkhaqqı alır. Bu gün 28 min müəllim 500 manata qədər əməkhaqqı alır", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti