...

30 yaşlı Aytən Kərimova teatrda 332 min manatlıq mənimsəmə edib

Gündəm Materials 27 Dekabr 2023 17:08 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Pantomima Teatrının kadrlar idarəsinin mütəxəssisi Aytən Kərimova 332 min manat mənimsəməkdə təqsirləndirilir.

Trend xəbər verir ki, A.Kərimova barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə-külli miqdarda törədildikdə) maddəsilə cinayət işinin istintaqı yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılacaq.

Məhkəmədə zərərçəkmiş tərəf kimi Mədəniyyət Nazirlii müəyyən olunub.

Aytən Kərimov 27 min manat vəsaiti artıq geri ödəyib.

Xatırladaq ki, 30 yaşlı Aytən Kərimov 2020-2022-ci illərdə Azərbaycan Dövlət Pantomima Teatrının kadrlar idarəsinin mütəxəssisi vəzifəsində çalışıb.

Xəbər lenti

Xəbər lenti