Bakı. Trend:
Gəncədə sexdən 4 200 manatlıq məişət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində yerləşən sexlərin birindən 4200 manat dəyərində xəmir qarışdıran aparat, elektron tərəzi və məişət əşyası, digər bir evdən isə kombi aparatı oğurlamaqda şübhəli bilinən Gəncə sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rəşad Qənbərov saxlanılıb.