...

Xocalıda aşkarlanan məzarlıqda əlləri kəndirlə bağlanan uşaq skeleti var (VİDEO)

Gündəm Materials 23 Fevral 2024 14:41 (UTC +04:00)
Xocalıda aşkarlanan məzarlıqda əlləri kəndirlə bağlanan uşaq skeleti var (VİDEO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xocalıda daha bir kütləvi məzarlı aşkarlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib.

Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdirilir.

Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

Qeyd edək ki, fevralın əvvəlində Xocalı rayonunun Əsgəran qəsəbəsində kütləvi məzarlıq aşkar olunub. Bundan əvvəl isə, ötən ilin avqust ayında Şuşada, iyun ayında Şuşa şəhərində Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkar edilib. İndiyədək isə kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.

Xəbər lenti

Xəbər lenti