Bakı. Trend:
ABŞ Ukraynaya son bir neçə ay ərzində ümumi məbləği 400 milyon dollar olan ilk hərbi yardım paketini təqdim etməyə hazırlaşır.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi Amerika administrasiyasındakı mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, yeni yardım paketi çərşənbə axşamı elan edilə bilər.
Qeyd edək ki, Vaşinqtonun bu günə qədərki 250 milyon dollar məbləğində hərbi yardımının son yardım paketi 2022-ci ildə Konqres tərəfindən təsdiqlənmiş vəsait hesabına 2023-cü ilin dekabrında Kiyevə göndərilib.