...

Türkiyə Prezidenti İraqa səfər edəcək

Gündəm Materials 13 Mart 2024 00:46 (UTC +04:00)
Türkiyə Prezidenti İraqa səfər edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqa səfər edəcək.

Trend-in məlumatına görə, Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız deyib.

İraqın paytaxtı Bağdadda olan nazir müavini bildirib ki, sabah həmkarı ilə görüş keçirəcək.

"Sabah İraq Xarici İşlər Nazirliyində həmkarlarımızla görüşlərimiz olacaq, əlaqələrimizi nəzərdən keçirəcəyik. Qarşıdakı dövrdə keçiriləcək nazirlər görüşünə və prezidentimizin səfərinə hazırlıq görəcəyik", - deyə Ə.Yıldız qeyd edib.

Onun sözlərinə görə, Ərdoğanın aprel ayının sonuna qədər İraqa səfər edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti