...

Yəmənin Hudeydə sahillərində gəmiyə hücum edilib

Gündəm Materials 15 Mart 2024 05:56 (UTC +04:00)
Yəmənin Hudeydə sahillərində gəmiyə hücum edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yəmənin Hudeyda limanından 50 dəniz mili cənub-qərbdə gəmiyə hücum edilib.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatının Koordinasiyası Mərkəzi (United Kingdom Maritime Trade Operations, UKMTO) xəbər verib.

"UKMTO Yəmənin Hudeyda şəhərindən 50 dəniz mili cənub-qərbində hadisənin baş verməsi barədə məlumat aldı", - deyə bildirilib.

Hadisə "hücum" kimi qiymətləndirilib. Hələlik başqa təfərrüatlar verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti