...

Kanada Ukraynaya 29,5 milyon dollar hərbi yardım göndərəcək

Gündəm Materials 19 Mart 2024 22:54 (UTC +04:00)
Kanada Ukraynaya 29,5 milyon dollar hərbi yardım göndərəcək

Bakı. Trend:

Kanada hökuməti Çexiya təşəbbüsü çərçivəsində Ukrayna üçün mərmilərin alınmasına 40 milyon Kanada dollarından (29,5 milyon ABŞ dolları) çox vəsait ayıracaq.

Trend-in məlumatına görə, bu barədə Kanadanın milli müdafiə naziri Uilyam Bleyr deyib.

Bundan əlavə, o, 7,5 milyon Kanada dolları (5,5 milyon dollar) dəyərində gecəgörmə cihazlarının böyük partiyasının və Kanada istehsalı olan 800-dən çox pilotsuz uçuş aparatının təhvil veriləcəyini açıqlayıb.

"[Dronların] ilk partiyası yaxın həftələrdə təhvil veriləcək", - deyə U.Bleyr qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti