...

Azad olunmuş ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlandı

Gündəm Materials 1 Aprel 2024 16:07 (UTC +04:00)
Azad olunmuş ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlandı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat (mart ayı) açıqlanıb.

Trend-in ANAMA-ya istinadən xəbər verir ki, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Laçın, Füzuli, Şuşa, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 299 piyada əleyhinə mina, 114 tank əleyhinə mina, 1254 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 60 94,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti