...

Türkiyə İsrailə qarşı embarqo tətbiq edən ilk ölkə oldu

Gündəm Materials 10 Aprel 2024 05:04 (UTC +04:00)
Türkiyə İsrailə qarşı embarqo tətbiq edən ilk ölkə oldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə İsrailə qarşı ticarət embarqosu tətbiq edən ilk ölkə oldu.

Trend-in məlumatına görə, bu barədə Türkiyə ticarət naziri Ömər Bulut deyib.

Nazir qeyd edib ki, heç kim İsrailə qarşı sanksiyaların tətbiq olunduğunu açıqlamayıb, beynəlxalq ictimaiyyətin səyləri Qəzzada böhranın həllinə gətirib çıxara bilmədiyi üçün embarqo qərarı verən ilk ölkə Türkiyə oldu.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin Ticarət Nazirliyi İsrailə 54 adda sənaye malının ixracına məhdudiyyətlər tətbiq etdiyini açıqlamışdı. Onların arasında polad, alüminium, boyalar, elektrik kabelləri, təyyarə yanacağı, neft, gübrələr, eləcə də sənaye maşınları, sement, tikinti materialları, metal emalı avadanlığı və metal emalı üçün istifadə olunan kimyəvi maddələrdən ibarət müxtəlif növ məhsullar var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti