...

ABŞ İsrailin İrana cavab hücumunu dəstəkləməyib

Gündəm Materials 19 Aprel 2024 07:34 (UTC +04:00)
ABŞ İsrailin İrana cavab hücumunu dəstəkləməyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ İsrailin İrana cavab hücumunu dəstəkləməyib.

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı Amerikalı rəsmisinə istinadən bildirib.

"Biz bu cavab zərbəsini dəstəkləmədik", - deyə o bildirib. O qeyd edib ki, İsrail cümə axşamı Vaşinqtona “yaxın günlərdə” İrana qarşı cavab tədbirləri görəcəyini bildirib.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti