...

5 addımda necə təhlükəsiz şifr yarada bilərsiniz?

Gündəm Materials 7 İyun 2024 14:14 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Şifrlər hesablarımızın təhlükəsizliyində mühüm rol oynayır. Buna görə də şifr təyin edərkən mürəkkəb və unikal şifrlərə üstünlük vermək, əlavə təhlükəsizlik tədbiri olaraq ikimərhələli təsdiqləməni aktivləşdirmək tövsiyə olunur.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

5 addımda necə təhlükəsiz şifr yarada bilərsiniz? Bunun üçün bu addımlara diqqət edin.

1) Şifrlərinizi minimum 12-16 simvol aralığında tərtib edin. Mürəkkəb şifrlər daha etibarlı hesab olunur.

2) Böyük və kiçik hərflər, rəqəmlər, elecə də xüsusi simvollardan istifadə edin. Belə hallarda şifri tapmaq daha da çətinləşir.

3) “123456”, “abcde” və ya öz adınız kimi asan təxmin edilə biləcək birləşmələrdən və ifadələrdən çəkinin.

4) Hər hesab üçün fərqli şifrlər yaradın. Əks halda bütün hesablarınız birdəfəlik ələ keçirilə bilər.

5) Əlavə təhlükəsizlik üçün ikimərhələli təsdiqləməni aktivləşdirməyi unutmayın.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti