...

Prokurorluq orqanlarında yeni təyinatlar olub

Gündəm Materials 11 İyul 2024 14:49 (UTC +04:00)
Prokurorluq orqanlarında yeni təyinatlar olub
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Baş prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Fərid Nağıyev Qaradağ rayon prokuroru vəzifəsinə təyin edilib.

Trend xəbər verir ki, Fərid Nağıyev bu təyinata qədər Bakı şəhər prokurorunun müavini vəzifəsində işləyib.

Baş prokurorun digər əmri ilə Toğrul Muxtarov Bakı şəhər prokurorunun müavini vəzifəsinə təyin olunub.

Toğrul Muxtarov bu təyinata qədər Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində işləyib.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Füzuli hərbi prokuroru vəzifəsini icra edən Elçin Hacıyev ikinci səlahiyyət müddətinə həmin vəzifəyə təyin edilib.

Xəbər lenti

Xəbər lenti