...

Mirzoyan Azərbaycan və Türkiyə ilə münasibətlərdən danışdı

Gündəm Materials 16 İyul 2024 19:03 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanması prosesində fəal iştirak edir.

Trend xəbər verir ki, bunu ölkənin xarici işləri naziri Ararat Mirzoyan Nyu-Yorkda keçirilən Davamlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumun nazirlər seqmentində çıxışı zamanı deyib.

Nazir Türkiyə ilə münasibətlərin tam nizamlanması üçün bütün səylərin səfərbər olduğunu qeyd edib.

“Ermənistan Azərbaycanla 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması, dövlət sərhədinin delimitasiyası prinsipinə əsaslanan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında müqavilənin bağlanması prosesində səmimiyyətlə iştirak edir.

Bu proses uğurla yekunlaşarsa, şübhəsiz ki, diplomatik münasibətlərə, sərhədlərin açılmasına və regiona müsbət təsir göstərəcək”, - Mirzoyan bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri iyulun 10-da NATO-nun 75 illiyinə həsr olunmuş sammit çərçivəsində görüşüblər.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun erməni həmkarı sülh sazişi üzərində işi davam etdirmək barədə razılığa gəliblər.

Tərəflər Azərbaycan və Ermənistanın tarixi sülh sazişinin bağlanması və dövlətlərarası münasibətlərin qurulması istiqamətində əldə etdiyi irəliləyişləri qeyd edib və bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti