Bakı. Trend:
Əvvəlki illərdən bağlı qalmış 4 xüsusilə ağır cinayətin üstünün
açılması təmin edilib.
Trend xəbər verir ki, bunu Baş Prokurorluqda keçirilən Geniş
Kollegiya İclasında Baş prokuror Kamran Əliyev bildirib.
Onun sözlərinə görə, 2024-cü ilin birinci yarımilində prokurorluq, daxili işlər və digər aidiyyəti orqanlarla ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürmə cinayətin üstünün açılması təmin edilib.