...

BMT-nin Baş katibi ekstremal istilər ilə bağlı təcili tədbir görməyə çağırıb

Gündəm Materials 27 İyul 2024 07:26 (UTC +04:00)
BMT-nin Baş katibi ekstremal istilər ilə bağlı təcili tədbir görməyə çağırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin təsirindən qorumaq üçün təcili tədbirlər görməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə BMT-nin saytında bildirilib.

Məlumata əsasən, BMT-nin rəhbəri bu yay rekord temperaturların yüzlərlə insanın ölümünə səbəb olmasından sonra bəyanatla çıxış edib. O vurğulayıb ki, ekstremal hava hadisələri artıq adiləşir və artıq nə konkret bölgələr, nə də qısa müddətlərlə məhdudlaşmır.

“Anormal temperaturlar artıq bir gün, bir həftə və ya bir ayla məhdudlaşmır. Bölünmüş dünyamızı birləşdirən bir məqam varsa, o da hamımızın istiliyi getdikcə daha çox hiss etməyimizdir”, - deyə bəyanatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti