...

Bakıda ev satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıb

Gündəm Materials 8 Fevral 2025 14:29 (UTC +04:00)
Bakıda ev satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Nəsimi rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması barədə 19-cu Polis Şöbəsinə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla həmin şəxsə ev satılması adı ilə 80000 manatını aldadaraq ələ keçirilməsi məlum olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı Ş.Balakişiyev və 42 yaşlı R.Səfərəliyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti