...

Xaçmazda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 13-cü ildönümü qeyd edilib (FOTO)

Gündəm Materials 13 Fevral 2025 16:00 (UTC +04:00)
Xaçmazda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 13-cü ildönümü qeyd edilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 13-cü ildönümü qeyd edilib.

Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin şəxsi heyətini təbrik edib, xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən vətəndaşların hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlıq və həqiqi hərbi xidmətə çağırış uğurla icra olunur.

Tədbirdə iştirak edən yerli hüquq mühafizə orqanlarının rəhbərləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarını təbrik edib, işlərində uğurlar arzulayıblar.

Sonda Xidmətin bir qrup əməkdaşına Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti