...

İsmayıllıda narkotikdən istifadə edən sürücülər saxlanılıb (FOTO)

Gündəm Materials 14 Fevral 2025 12:35 (UTC +04:00)
İsmayıllıda narkotikdən istifadə edən sürücülər saxlanılıb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı “VAZ-2107” markalı avtomobilin sürücüsü S.Seyidov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı onun sürücülük hüququnun olmadığı müəyyən edilib və narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından S.Seyidov müvafiq tibbi müayinədən keçirilib.

Bildirilir ki, müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuana istifadə etdiyi məlum olub. Həmçinin “Mercedes” markalı avtomobillə ötmə qaydasını pozduğuna görə bölmə əməkdaşları tərəfindən saxlanılmış digər sürücü Z.Mahmudovun da nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib.

Hər iki sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti