...

Dövlət Dəniz və Liman Agentliyində “Açıq qapı” günü keçiriləcək (FOTO)

Gündəm Materials 4 Dekabr 2025 14:16 (UTC +04:00)
Dövlət Dəniz və Liman Agentliyində “Açıq qapı” günü keçiriləcək (FOTO)

Bakı. Trend:

Dövlət Dəniz və Liman Agentliyində dənizçilərin hazırlanması və sertifikatlaşması, bilik və bacarıqlarının qiymətləndirilməsi, o cümlədən təlim-tədris fəaliyyətinin tənzimlənməsi üzrə son dövrlərdə həyata keçirilən islahatlar barədə dənizçilərin maarifləndirilməsi, onların sual və təkliflərinin yerində dinlənilərək operativ şəkildə cavablandırılması məqsədilə dekabrın 19-u saat 10:00-da Agentliyin inzibati binasında “Açıq qapı” günü keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

“Açıq qapı” günündə iştirak etmək istəyən dənizçilər müvafiq məlumatları (ad, soyad və əlaqə nömrəsi) [email protected] e-poçt ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, Agentlik tərəfindən xidmətlərin göstərilməsində vətəndaş məmnunluğunun təmin olunması məqsədilə “Açıq qapı” günləri mütəmadi olaraq təşkil olunur.

Bu barədə Agentliyin rəsmi veb-saytında və sosial şəbəkə hesablarında məlumat verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti