...

Sabah paytaxtın bu ərazisində 12 saat su olmayacaq

Gündəm Materials 28 Yanvar 2026 17:57 (UTC +04:00)
Sabah paytaxtın bu ərazisində 12 saat su olmayacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Yeni çəkilmiş magistral su xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar 29.01.2026-cı il tarixində saat 10:00-dan saat 22:00-dək görüləcək işlər çərçivəsində Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, işlər yekunlaşdıqdan sonra istismar qaydalarına uyğun olaraq suyun əvvəlki qrafiklə verilməsi bərpa ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti