...

Zaqatalada diri ev quşlarının satışına qadağa qoyulub

Hadisə Materials 20 Sentyabr 2007 13:50 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend , müxbir E.Quliyev/ Zaqatalada diri ev quşlarının satışına qadağa qoyulub. Trend in bölgə müxbirinin məlumatına görə, Zaqatala Mərkəzi Kolxoz bazarı və Əliyabad qəsəbəsinin ət bazarında bu gündən etibarən diri ev quşlarının satışına qadağa qoyulub.

Zaqatala rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Erşad Qüdrətov bildirib ki, həmin bazarlarda diri quş ətinin satışına qadağa qoyulması profilaktik tədbirlərlə əlaqədardır. Zaqatala rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, rayon bazarlarında diri quş ətinin satışına qoyulan qadağa Rusiyanın Krasnodar vilayətində bir neçə müddət əvvəl aşkarlanan "quş qripi" xəstəliyi olub. Xəstəliyin yayılmaması üçün bazarlarda satılan diri quş ətlərindən analiz götürülür. Nəticələr bəlli olduqdan sonra quş ətinin satışına icazə verilib-verilməməsinə dair qərar çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti