...

Ekoloqlar hökümətin qərarı ilə razı deyillər

Hadisə Materials 28 Oktyabr 2007 19:29 (UTC +04:00)

Azərbaycan, Salyan / Trend müxbir E. Məmmədov/ Yerli ekoloqların fikrincə Kür çayının məcrasının dəyişilməsi ekoloji fəsadlarla nəticələnə bilər. Trend in bölcə müxbirinin verdiyi xəbərə görə ekoloqlar vəziyyətdən çıxış yolunu çayın lilsovuran gəmilər vasitəsilə 1,5- 2 metr dərinlikdə lildən təmizlənməsində görürlər.

Azərbaycan höküməti Salyan rayon unda baş verən daşqınlardan əhalini müdafiə etmək məqsədilə çayın rayon mərkəzində qövs şəklində keçən 6,2 km . h issəsini "ixtisar" edilərək 1,2 km. uzunluqda düz xətt boyunca çəkil məyini qərara alıb. Yəni, Kür çayının məcrasını dəyişdirərək Neftçala rayonunun Şorkənd kəndinin ərazisindən axıdılması nəzərdə tutulur. Bunun üçün isə Şorkənd köçürülməlidir. 58 evdən ibarət olan kəndin əhalisi isə bu köçürülmədən narazıdır. Artıq Neftçala rayon icra hakimiyyəti kənd sakinləri ilə danışıqlara başlayıb. Rayon İcra hakimiyyəti başçısının müavini Qabil Məmmədovun bildirdiyinə görə , bu məsələ artıq Nazir kabinetində həll olunub , odur ki yaranacaq hər bir problem də rayon səviyyəsində deyil ölkə höküməti səviyyəsində həll olunacaq .

Kənd əhalisinə köçürülmənin iki variantı təklif olunub - ya kənd yaxınlığında yeni yaşayış massivinin salınması , ya da kompensasiya verilməsi . Hələlik yerli əhali konkret fikrə gələ bilməyib .

Xəbər lenti

Xəbər lenti