...

Zaqatalada piyadanı vuran sürücü axtarışa verilib

Hadisə Materials 6 Dekabr 2007 17:12 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend , müxbir E.Quliyev/ Zaqatala rayonunda kişi meyidi tapılıb. Zaqatala rayon Polis Şöbəsindən cümə axşamı bildiriblər ki, ilkin araşdırmalar zamanı kişi meyidinin rayonun Dardoqqaz kənd sakini, 1965-ci il təvəllüdlü Kamil Məmməd oğlu Rəsəbova məxsus olması müəyyən edilib. Onun sözlərinə görə, istintaq artıq müəyyən edib ki, Rəcəbovu avtomobil vuraraq qaçıb.

Faktla bağlı cinayət işi açılıb, hadisəni törədən sürücü axtarılır.

Zaqatala paytaxt Bakıdan 418 kilometr şimal-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti