...

Azərbaycanın paytaxtında əsas yollardan birində avtomobillərin hərəkəti dayandırılıb

Hadisə Materials 14 Yanvar 2008 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir E.Hüseynli/ Paytaxt Bakı şəhərinin əsas avtomobil yollarından birində bu gündən hərəkət dayandırılıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədov bazar ertəsi Trend ə bildirib ki, "Dərnəgül" şossesində şaxtalı hava nəticəsində? əsas su boru kəmərinin partladığından, Əzizbəyov dairəsindən həmin istiqamətə yol bağlanıb.

Əsədov deyib ki, su boru kəmərində təmir işləri başa çatanadək həmin istiqamətə avtomobillərin hərəkəti dayandırılacaq. Ona görə də, sürücülər başqa istiqamətdə hərəkəti davam etdirməlidirlər.

"Azərsu" SC-dən isə, hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti