...

Azərbaycan Milli Ordusunun əsgəri vəfat edib

Hadisə Materials 14 Fevral 2008 15:31 (UTC +04:00)
Azərbaycan Milli Ordusunun əsgəri vəfat edib

Azərbaycan, Xaçmaz, 14 fevral / Trend , müxbir A.Qafarov/ Azərbaycan Müdafiə Nazirliyinin Qusar rayonundakı "N" saylı hərbi hissəsində qulluq edən əsgər Ümid İsa oğlu Sərvəliyev xəstəlikdən ölüb. Trend in bölgə müxbirinin məlumatına görə, fevralın 13-də əsgər qulluq zamanı qəflətən özünü pis edib və onu hospitala çatdırmaq mümkün olmayıb. Mərhumun valideynləri isə Sərvəliyevin hansısa xəstəlikdən əziyyət çəkmədiyini və bir gün əvvəl evləri ilə telefonla danışdığını bildiriblər.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend ə məlumatı təsdiqləyiblər. Məlumata görə, 1988-ci il təvəllüdlü Sərvəliyev kəskin ürək-damar çatışmazlığından ölüb.

Sərvəliyev 2007-ci ildə Bakı şəhərinin Nizami rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılıb. Əsgər bu gün Bakıda dəfn olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti