...

Azərbaycanda hərbi maşın qəzaya uğrayıb

Hadisə Materials 1 May 2008 12:18 (UTC +04:00)

Azərbaycan, Gəncə, 01 may / Trend , müxbir V.Məmmədov/ Tovuz rayonunun N saylı hərbi hissəsinə məxsus UAZ markalı hərbi maşının aşması nəticəsində 10 əsgər yaralanıb. Trend un bölgə müxbirinin məlumatına görə, yaralanan əsgərlər Şəmkir Hərbi Hospitalına yerləşdirilib.

Hadisə aprelin 28-i axşam saatlarında baş verib. Tovuzun N saylı hərbi hissəsinin əsgərləri Şəmkirdəki hospitaldan müayinədən qayıdarkən hərbi maşın qəzaya uğrayıb. UAZ markalı hərbi maşında 15 əsgər olub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti faktla bağlı əlavə məlumat verməkdən imtina edib.

Şəmkir paytaxt Bakıdan 400 kilometr qərbdə yerləşir,

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti