Azərbaycan, Bakı, 18 may/ Trend / Öz ucuzluğu ilə seçilən Nizami bazarının əşya şöbəsində yanğın baş verib. Trend a Nizami rayon polis idarəsinin növbətçi xissəsindən bildiriblər ki, yanğın barədə məlumat növbətçiyə səhər 4 saatlarınd daxil olub. Yanğını əhatə edən sahə təqribən 80 kvadrat metr təşkil edib. İlkin məlumata görə yanğına səbəb elektrik naqillərin qısa qapanması olub. Xəsarət alan yoxdur. İstintaq aparılır. Hadisə yerində Azərbaycan fövqaladə hallar nazirliyinin mütəxəsisləri işləyir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]