...

Azərbaycanın şimal-qərbində baş verən ağır yol qəzası nəticəsində bir ailənin 3 üzvü həlak olub, 7 nəfər xəsarət alıb

Hadisə Materials 4 Avqust 2008 10:52 (UTC +04:00)

Azərbaycan, Şəki, 04 avqust/ Trend , müxbir S.Fətəliyev/ Azərbaycanın şimal-qərbində yerləşən Xaldan-Balakən magistralının 70-ci kilometrliyində dünən saat 20.35 radələrində baş verən ağır yol qəzası nəticəsində bir ailənin 3 üzvü həlak olub. Trend -un bölgə müxbirinin məlumatına görə, Şəki şəhər sakini Rasim Rəsulovun idarə etdiyi VAZ 09 markalı 55 BE 570 dövlət nömrə nişanlı avtomobil qarşıdan gələn Bakı şəhər sakini Elşən Cəfərovun idarə etdiyi "Nissan Maksima" markalı 10 BC 004 dövlət nömrə nişanlı maşınla toqquşub.

Yol qəzası nəticəsində 1973-cü il təvəllüdlü Şəki sakini Tünzalə Rəsulova hadisə yerində keçinib. Ailənin digər üzvləri 1994-cü il təvəllüdlü Nərmin Rəsulova və təvəllüdü müəyyən edilməyən Rasim Rəsulov xəstəxanaya çatdırılsalar da, həyatlarını xilas etmək mümkün olmayıb. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar Şəki və Qax rayon Mərkəzi xəstəxanalarına yerləşdiriliblər.

Faktla bağlı Şəki rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti