...

Moskvada türk şirkətinə silahlı basqın olub

Hadisə Materials 8 Avqust 2008 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 avqust / Trend , müxbir S.İlhamqızı/ Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən "Emt Rentan" türk inşaat şirkətinə silahlı basqın olub. Bu barədə Türkiyənin "Cihan" Xəbər Agentliyi məlumat yayıb.

Beş nəfər şirkətə basqın edərək şirkətin rəhbərini, mühəndis və digər iki nəfər məsul şəxsini silahla təhdid edərək döyüblər. Basqınçılar daha sonra şirkətin kassasından 15 min rubl (600 dollar) pul, 6 kompüter və zərərçəkmişlərin üzərində olan Mobil telefonları götürərək hadisə yerini tərk ediblər.

Faktla bağlı əməliyyatlara başlayan Moskva polisləri basqınçıların Qafqaz əsilli olduqlarını ehtimal edirlər.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti