...

Lənkəranda maşın 71 yaşlı qocanı vurub

Hadisə Materials 14 Avqust 2008 22:36 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 14 avqust / Trend müxbir P.Əliyeva/ Axşam   saat 21 radələrində Lənkəran şəhər ərazisində ağır yol qəza hadisəsi baş verib. Lənkəran şəhər sakini 25 yaşlı Bağırzadə Emin Faiq oğlu idarə etdiyi OKA markalı 42 BL 481 dövlət nömrə nişanlı avtomobillə şəhərin Vaqif küçəsi 39 їda yaşayan 71 yaşlı Mirzəyev Sadıx Əyyub oğlunu yaşadığı evin qarşısında vurub.

Sürücü ağır xəsarətlər alan qocanı Lənkəran rayon mərkəzi xəstəxanasına apararkən yaralı yolda keçinib.

Lənkəran ŞRPŞ-də faktla bağli araşdirmalara başlandığı bildirilib.

Xəbər lenti

Xəbər lenti