Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir S.Kazımlı/ Bakının Səbail rayonunda azyalşı oğlan itkin düşüb.
Səbail rayon Polis İdarəsinin (RPİ) 39-cu polis bölməsindən cümə axşamı Trend -a verilən məlumata görə, sentyabrın 1-də saat 12:00 radələrində Binəqədi qəsəbəsinin sakini, 11 yaşlı Fərid Vüqar oğlu Şirinov metronun "Sahil" stansiyasının yaxınlığında itkin düşüb.
Polis bölməsindən bildiriblər ki, hələlik Şirinov tapılmayıb. Hazırda onun tapılması ücün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Səbail RPİ-nin 39-cu polis bölməsində araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]