...

Bakıda kişi cəsədi tapılıb

Hadisə Materials 15 Sentyabr 2008 16:32 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15, sentyabr / Trend , müxbir S.Kazımlı / Bakının Suraxanı rayonunun ərazisində kişi cəsədi tapılıb.

Suraxanı rayon Prokurorluğundan bazar ertəsi Trend -a verilən məlumata görə, sentyabrın 13 -də saat 21:00 radələrində Binə ticarət mərkəzinin yaxınlığındakı körpünün yanında Şəki şəhər sakini, 50 yaşlı Yaşar Əliyevin üzərində zorakılıq əlamətləri olmayan meyiti aşkarlanıb.

Prokurorluqdan bildiriblər ki, ilkin araşdırma zamanı Əliyevin infarktdan öldüyü müəyyənləşdirilib. Mərhum qeyd olunan ticarət mərkəzində araba işlədirmiş.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda arşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti